Rza Zərrabın atası və anası həbsxanada
25 Dekabr 2013 10:21 KriminalVəkili əslən azərbaycanlı olan və Türkiyədə yaşayan iş adamının xəstəxanaya köçürülə biləcəyini deyib
Türkiyədə keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı nəticəsində saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın sağlamlığı ilə bağlı problemləri var.Anspress-in məlumatına görə, bunu "Hürriyət" qəzetinə açıqlamasında iş adamının vəkili Şeyda Yıldırım deyib. O, Zərrabın xəstəxanaya nəql edilməsini istəyə biləcəyini deyib."Vəziyyəti yaxşıdır. İki dəfə görüşmüşəm. Sağlamlığı ilə bağlı problemləri nəzarətə almağa çalışırıq. Nə olacağı bəlli deyil. Hələlik heç bir şey yoxdur".Metris həbsxanasında saxlanılan R.Zərrabla görüşə vəkilindən sonra ailə üzvləri də gəliblər. Onların arasında atası, anası və bacısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31