Bakıda paltar mağazasında baş verən yanğında bir nəfər ölüb
24 Dekabr 2013 16:59 KriminalBakıda paltar mağazasında baş verən yanğında bir nəfər ölüb. Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan paltar mağazasında 1ədəd döşək qismən yanıb.
Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən 1968-ci il təv. Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub.
Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31