Dəm qazı Bakıda daha iki ailəyə faciə yaşatdı

Bakıda dəm qazı daha iki ailəyə faciə yaşadıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrin 23-də Yasamal rayonu ərazisində yaşayan Elnurə Nurəliyeva, Suraxanı rayonu Hövsan qəsəbə sakini Kəmalə Hüseynova evlərində dəm qazından zəhərlənərək ölüblər. Həmin gün Gəncə şəhərində yaşayan Kəmalə Xuduyeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31