Gəncədə həyat yoldaşını girov götürən şəxs zərərsizləşdirilib
24 Dekabr 2013 14:37 KriminalDaxili İşlər Nazirliyi Gəncədə keçmiş məhkumun həyat yoldaşını girov götürməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nigah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlmiş və aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib. Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd "F-1" qumbarasını təhvil verərək təslim olub. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31