Oğurluqda şübhəli bilinən şəxs tutuldu
24 Dekabr 2013 14:05 KriminalNərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Fətullayev tutulmuşdur. Məlum olmuşdur ki, o, dekabrın 16-na keçən gecə Z.Bunyadov prospektində yerləşən, Tural Hüseynova məхsus mağazanın qarşısından 4000 manat dəyərində dam örtükləri, dekabrın 21-nə keçən gecə isə Z.Bünyadov prospektində yerləşən tikinti materialları bazarında Ağakişi Hacıyevə məхsus 115 ədəd dam örtüyü oğurlamışdır. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31