Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı sakini tutuldu
24 Dekabr 2013 14:04 KriminalSabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Bəylər Həsənov tutulmuşdur. Müəyyən edilib ki, o, oktyabrın 4-də Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsində yaşayan İbrahim Əliyevin evindən, pəncərədən keçmə yolu ilə qızıl-zinət əşyaları, noyabrın 5-nə keçən gecə Balaхanı qəsəbəsi ЫЫ Mədəndə yaşayan Pərviz Zamanov evindən 300 manat, qızıl-zinət əşyaları, noyabrın 5-də Q.Salahov küçəsində yaşayan İlkin Hacıyevin evindən 1500 manat, qızıl-zinət əşyaları, noyabrın 16-na keçən gecə isə Ramanı qəsəbəsi ЫЫ sahə yeni tikilidə yaşayan Ramiz Hüseynovun evindən, pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlamışdır. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31