Məhkumun gizlin saxlanc yerindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan 1964-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3 maddələri ilə təqsirli bilinərək 3 ay müddətinə həbs edilmiş şəxs Şahin Maşti oğlu İsazadənin kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın sanitar qovşağının qapısının üst çərçivəsində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Ken xin da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31