Binəqədidə mebel sexi yanıb

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 2000 kv.m olan İstehsalat sahəsinin mebel məmulatları istehsalı sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a veilən məlkumata görə, nəticədə sexin yanar konstruksiyaları 600 kv.m sahədə yanıb. Yanğın nəticəsində binanın dam örtüyü deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31