Azərbaycanda qəza baş verib, ölən və yaralananlar var
Xaldan-Mingəçevir avtomobil yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, 5 nəfər
17 İyul 2012 18:34 Kriminalağır xəsarət alıb. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:20 radələrində yolun 6-cı kilometrliyində qeydə alınıb. Şəki sakini, 1953-cü il təvəllüdlü Yusifov Məhəmməd İsmayıl oğlunun idarə etdiyi 10-XJ-295 dövlət nömrə nişanlı "Opel Vectra" markalı minik maşını qarşı tərəfdən gələn Ağdaş rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Ramin Müjdət oğluna məxsus 18-BD-992 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü Ramin Əhmədov dünyasını dəyişib, sərnişinlər - Ağdaş sakinləri 33 yaşlı Arzu Maqsudova, 13 yaşlı Əhməd Əhmədov, 38 yaşlı Elçin Əhmədov, 21 yaşlı Aygün İsgəndərova, eləcə də "Opel Vectra"nın sürücüsü Məhəmməd Yusifov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.