Bakıda tikinti malları mağazası partladı
Partlayışdan sonra yanğın başlayıb
23 Dekabr 2013 17:34 KriminalSəbayıl rayonunda tikinti malları satılan mağazada partlayış baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə "Qurd qapısı" qəbristanlığının yaxınlığında qeydə alınıb.
Şiddətli partlayışdan sonra mağazada yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Yardım maşınları gəlib. Partlayışın baş vermə səbəbi hələlik bəlli deyil. Xoşbəxtlikdən hadisə zamanı ölən olmasada, mağazada olan 3 nəfər yaralanıb. Yaralılar 5 saylı xəstəxanaya yerləşdiriliblər. Səbayıl rayon Qaz İstismar İdarəsinin əməkdaşı Sadiq Rəhimovun verdiyi məlumata görə, hadisə baş verən ərazidə və yaxınlıqda qaz xətti yoxdur. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31