Məhkumun gödəkçəsinin cibində bıçaq aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşya aşkar edilərək götürülüb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1976-cı il təvəllüdlü, Bakı Ağır cinayətlər məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İrmak Məhəmməd oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş, Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, ev 37/43 ünvanında yaşayan vətəndaş İlqar Məhəmməd oğlu Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki gödəkçənin sol yan cibindən 1(bir) ədəd bıçaq aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31