Sumqayıtdakı atışmada iştirak edən daha bir vəhabi ələ keçdi

Sumqayıtda silahlı qarşıdurmada iştirak edən daha bir qruplaşma üzvü yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş şəhər sakini Cəlal Mikayılov tutulub.  Onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31