Məhkumun kamerasından telefon çıxdı
23 Dekabr 2013 12:19 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aşkar edilərək götürülmüşdür. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Bakı Ağır cinayətlər məhkəməsinin 13.10.2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1; 221.2.1; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rasim Asif oğlu Mirzəyevin kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı, kamerasının döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.