Şəkidə tövlə yanıb

Şəki rayonu, Aşağı Şabalıd kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31