Ötən gün respublikada dəm qazından 7 nəfər zəhərlənib
20 Dekabr 2013 13:21 KriminalÖtən gün respublikada dəm qazından zəhərlənmiş 7 nəfər xəstəxanalara gətirilib. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, dekabrın 19-da Sumqayıt şəhərində yaşayan Vüsalə Həsənova, Cavanşir Namazov, Yelena Biryukova, Gəncə şəhərində yaşayan Şəhriyar Salehli və qohumu Daşqın Şəfiyev, Göygöl rayonunda yaşayan Gültəkin Bayramova və bacısının qızı Ayşən Rüstəmova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31