Salyanda yola çıxan at bir nəfərin ölümünə səbəb olub
20 Dekabr 2013 13:16 KriminalSalyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi sonda ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, dekabrın 18-də Salyan rayonu ərazisində Neftçala rayon sakini Natiq Nəsirov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolun hərəkət hissəsinə çıxaraq atı vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı dirəyə çırpıb. N.Nəsirovun sərnişini - həmyerlisi Məlahət Əliyeva xəstəxanaya yerləşdirilib. Lakin həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Məlahət Əliyeva dekabrın 19-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31