Bakı Dəmir Yolu Vağzalında intihara cəhd

Rus millətindən olan Bakı sakini özünü körpudən atıb

Bakı sakini olan rus paytaxtda intihara cəhd edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYILAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini İqor Lyaxov özünü Sabunçu Dəmir Yolu Stansiyasının ərazisindəki piyada keçidi körpüsündən atıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.
Hadisə şahidlərinin "OLAYLAR"a verdiyi məlumata görə, İqor Lyaxov Sabunçu qəsəbəsində yaşayır və içki aludəçisidir. O günün əksər vaxtlarında Sabunçu Dəmir Yolu Vağzalının ərazisində spirtli içki qəbul edirmiş. Şahidlər bildirirlər ki, intihara cəhd edərkən də o içkili olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31