Gülər Əhmədovanın səhhəti ilə bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyi Tibb Baş idarəsi: "Onun səhəti ilə bağlı heç bir mənfi dinamika izlənilmir"

"Gülər Əhmədovanın səhhəti çox pisdir. Ürək və baş ağrıları var." Bunu sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib.  Onun sözlərinə görə, Tibbi idarəsindən gəlib Gülər Əhmədovanı müayinə edib və dərmanlar yazıblar:  "Onun xəstəliyi barədə əlimizdə sənədlər var"  Ə. Talıbov məhkəmə instansiyalarına ediləcək bütün şikayətlərdə G. Əhmədovanın səhhətindəki problemlərin qeyd ediləcəyini vurğulayıb. Ədliyyə Nazirliyi Tibb Baş idarəsi Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama verib. Tibb Baş idarəsinin rəisi Rəfail Mehdiyev Gülər Əhmədovanın səhhətində mənfi dəyişikliklər olmadığı söyləyib. R. Mehdiyev Gülər Əhmədovanın müalicə aldığını da söyləyib: "Onun səhəti ilə bağlı heç bir mənfi dinamika izlənilmir. Lazım olan müalicəni alır".

Xatırladaq ki, 3 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31