Silah alverçiləri tutuldu
19 Dekabr 2013 17:55 KriminalDaxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində odlu silah alverində təqsirli bilinən 2 nəfər saxlanılıb. Onlar Tərtər rayon sakini, 52 yaşlı İsa Hüseynov və Bərdə rayon sakini, 40 yaşlı Qafqaz Bədəlovdur. Əldə olunan məlumat əsasında polis əməkdaşları Yevlax rayon Xaldan qəsəbəsində Qafqaz Bədəlovu idarə etdiyi avtomovildə saxlayıblar. Yevlax rayon Polis Şöbəsinin rəis müavini Natiq Həsənov bildirib ki, maşına baxış keçirilən zaman avtomobilin yük yerindən bir ədəd "74-U" markalı 545 kalibrli "Kalaşnikov" avtomatı, 24 ədəd güllə və sandıqca aşkar edilib.
Qeyd edək ki, Qafqaz Bədəlov silahı Tərtər rayon sakini İsa Hüseynovdan 1600 manata alıb. Əməliyyat nəticəsində İsa Hüseynov Tərtər rayonunda yaşadığı evdə saxlanılıb. Onu da əlavə edək ki, Qafqaz Bədəlov əvvəllər də silah alverinə görə məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb. El tv