Bakıda marşrut sürücüsü qəza törədib qaçdı, 8 nəfər xəsarət aldı

Bakıda marşrut avtobusunun sürücüsü  qəza törədib hadisə yerindən qaçıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 16-da saat 11.20 radələrində Yasamal rayonu ərazisində baş verib. 188 saylı xətt üzrə hərəkət edən avtobusu idarə edən, şəxsiyyəti müəyyən edilməmiş sürücü avtobusu maneəyə vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan sərnişinlər - Bakı şəhər sakinləri Səadət Səlimova, Kamil Səlimov, İlkin Qasımov, Leyla Yəhyayeva, Seyranə Məmmədova, Elmira Həsənova, Gültəkin İsgəndərova və Beyləqan rayon sakini Məhbubə Nəcəfova xəstəxanaya aparıklıb. Yaralılara ilkin tibbi yardım göstərilərək evə buraılıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31