Masallıda azyaşlı qızı boğub öldürən qatil tapıldı
17 İyul 2012 16:14 KriminalMasallıda azyaşlı qızı boğub öldürən şəxs tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 16-da Masallı rayonunun Lürən kəndində baş verib. Kənd sakini, azyaşlı Nuray Ağayevanın boğularaq qətlə yetirilmiş meyiti kəndin ərazisindən keçən su kanalında tapılmışdı.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Ramin İsrafilov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31