Sabah Gülər Əhmədovaya bəraət tələb ediləcək

Ə.Talıbov: "Hökmün heç bir müddaları ilə razı deyilik və ona görə də Apelyasiya şikayətində də bəraət qaldırmışıq"

"Apelyasiya Məhkəməsinə müraciət edəcəyik. Şikayətimiz təmin edilməzsə, Ali məhkəməyə müraciət edəcəyik." Bunu sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. O, qeyd edib ki, G,Əhmədovanın barəsində çıxarılan hökmə etiraz olaraq Apelyasiya şikayəti verəcəklər: "Hökmün müddəaları ilə razı deyilik. Ona görə də Apelyasiya şikayətində də bəraət qaldırmışıq". Vəkil hökmlə bağlı bütün instansiyalara müraciət edəcəklərini də sözlərinə əlavə edib. 
Xatırladaq ki, 3 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək. ans 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31