Bakıda öldürülən ana cazibədar, şux, oğulsa naxələf idi

Oğul əlində canını tapşıran ana gözəgəlimli, şux və cazibədar idi. Onun bu əlamətləri də naxələf oğlun əlində ölməsinə səbəb olub. Bakıda ananın oğlu tərəfindən amansızlıqla öldürülməsinin səbəbini hüquq-mühafizə orqanı əməkdaşları ancaq belə əsaslandırdılar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, Mürsəl Dünyamalıyev "Socar"ın əməkdaşıdır. Onda anasının şəxsi həyatı ilə bağlı şübhələr yaranıb. Ona görə də yaşadıqları evdə anası Cəmiləyə 10-dan artıq bıçaq zərbəsi vurub. Qadının öldüyünə əmin olduqdan sonra üstünün qanını təmizləyib və iş yerinə yaxın olan 37-ci polis bölməsinə gedərək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31