Xətaidə iş adamının motosikletini oğurladılar

Bakıda iş adamının motosikleti oğurlanıb. Bu barədə ""OLAYLAR"a zərərçəkmiş iş adamı Nicat Qəhrəmanov məlumat verib. Onun sözlərinə görə, hadisə dekabrın 11-də baş verib: "Hadisə Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 11 ünvanında baş verib. Mənə məxsus motosiklet "Şərur" cay evinin qarşısında dayanmışdı. Bir müddətdən sonra çölə çıxdım ki, motosiklet yoxdu. Yaxınlıqdakı şəxslərdən soruşdum dedilər ki, motosiklet oğurlanıb. Məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verdim. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, hələ ki, nə oğru tapılıb, nə də motosiklet. Hadisə yerində kifayət qədər iz də var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31