Yardımlıda 9 tondan artıq narkotik vasitə məhv edilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı əməliyyat həyata keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, kompleks profilaktik tədbirlər  planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində Yardımlı rayonunun inzibati ərazisində 35 ha sahədə, 19300 ədəd, ümumi çəkisi 9250 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunmuş çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31