Bərdə rayon sakini odlu silah və vasitələrini satarkən tutulub

Bərdə rayon sakini odlu silah və vasitələrini satarkən tutulub. Daxili İşlər Nazirliyi xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd "AKSU" markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub.
 Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin sılah və sursatı Q.Bədəlova vermiş Tərtər rayon sakini İsa Hüseynov da tutulub. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31