Azərbaycanda dəm qazından və dərmandan zəhərlənmələr olub
18 Dekabr 2013 12:37 KriminalAzərbaycanda dəm qazından və dərmandan zəhərlənmələr olub. Daxili İşlər Nazirliyinin saytından xəbər verir ki, dekabrın 16-da Xəzər rayonu Buzovna qəsəbə sakini Həmidə Qədirova və Ceyranbatan qəsəbə sakini Araz Səmədov evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Dekabrın 17-də paytaxtın Binəqədi rayon sakini Elbrus Sultanəhmədov mənzilində dəm qazından zəhərlənərək ölüb.
Dekabrın 16-da Xəzər rayonu Binə qəsəbə sakini Günay Şıxəliyeva və Abşeron rayon Atyalı qəsəbə sakini Vüsalə Salahova isə evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31