Məhkumun dolabçasında telefon aşkarlanıb
18 Dekabr 2013 11:50 KriminalPenitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Vahid oğlu İsmayılovun və 1974-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.2; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Tariyel oğlu İsmayılovun ərzaq saxladıqları dolabçaya baxış keçirilib. Baxış zamanı onlara məxsus 1(bir) ədəd "SHİNO" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.