Qaradağda 7 otaqlı ev yanıb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı mənzilin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31