Bakıda massaj edən qadını öldürən müstəntiq köməkçisinə 14 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən  Nizami Rayon Polis İdarəsi müstəntiqinin ştatdankənar köməkçisi, 23 yaşlı Qəhrəman Bədəlovun cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə,  hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Qəhrəman Bədəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və ona hökm oxunub. Məhkəmənin hökmü ilə Qəhrəman Bədəlov 14 il müddətinə azadlıqdan məhrum edilib.  İttihama görə, Qəhrəman Bədəlov 33 yaşlı iki uşaq anası Yeganə Məmmədovanı Nəsimi rayonu, 3-cü mikrorayon, Asif Məhərrəmov küçəsində yaşadığı kirayə evdə boğaraq öldürüb. Əxlaqsız qadın Yeganə Məmmədova masajçı kimi tanınırmış. Elə Qəhrəman onun yanına masaj olunmaq məqsədilə getdiyi vaxtlarda münasibət qurub və bundan sonra onunla qeyri-rəsmi yaşamağa başlayıb. 

Bir müddət qadınla qeyri-rəsmi yaşayan Qəhrəman Bədəlov sonradan ondan aralanmaq istəyib. Lakin 33 yaşlı qadın gəncin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onu şantaj edib. Gənc oğlan sevgilisini elə yataqda boğub. Hadisədən sonra Yeganə Məmmədovanın iki övladı uşaq evinə verilib. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31