Azərbaycanda vergidən yayınan türkiyəli iş adamı beynəlxalq axtarışa verildi FOTO

eynəlxalq axtarışa verilən İbrahim Gürcü Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, Ərzurum şəhər sakini, 35 yaşlı İbrahim Gürcü vergidən yayınmaqda ittiham olunur. Onun saxlanılması üçün Azərbaycan övlətlərarası axtarış elan edib. İbrahim Gürcü Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş xeyli sayda türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31