Qusarda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
17 Dekabr 2013 16:37 KriminalQusarda minik avtomobili ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, Qusar şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən sıxılmış avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31