Sumqayıtda körpə qız zəhərlənib öldü

Azərbaycanda bir gündə iki nəfər zəhərlənib ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 16-da baş verib. Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Validə Osmanova dəm qazından zəhərlənərək ölüb. Həmin gün Sumqayıt şəhərində yaşayan azyaşlı Zəhra Cəbrayılova dərmandan zəhərlənərək ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31