20 yaşlı iki qız xüsusi amansızlıqla qətlə yetirildi

Moskvaətrafı ərazidə polis 20 yaşlı iki qızın qatilini axtarır."OLAYLAR" "Vesti. ru"ya istinadən xəbər verir ki, qətlə yetirilən rəfiqələr ötən həftənin cümə günü bağdan qayıdarkən itkin düşüblər.Sonuncu elektrik qatarına çatmayan qızlar yaxınlarını xəbərdarlıq ediblər ki, yol maşını ilə gələcəklər. Elə o vaxtdan da onları görən olmayıb.Bir neçə gündən sonra qızları maşına əyləşdikləri yerdən 20 kilometr aralıda dağılmış pioner düşərgəsinin yanında ölmüş vəziyyətdə tapıblar. Olqa və Marqaritanın meyiti Kuçi kəndinin yaxınlığındakı "Reabinka" Pioner Düşərgəsinin hasarının yanında aşkarlanıb. Qızları qohumları, polis və könüllülər iki gün axtarsalar da, meyitləri yoldan təsadüfən keçən yolçu görüb. Yolçunun sözlərinə görə, qızların hər ikisi yanaşı, başları su arxına tərəf çevrilmiş vəziyyətdə olub.Məlumatlara görə, iyulun 12-də qızlar Yamuq qəsəbəsinin yaxınlığındakı bağ evinə gediblər. Axşam Moskvaya qayıtmaq istəsələr də, elektrik qatarına çata bilməyib yol maşını ilə geri dönməyə qərar veriblər. Bu barədə rəfiqələrinə xəbər verən qılzları bağa qayıtmağa dilə tutmağa çalışıblar. Qızlar razılaşsalar da, gecə saat 1-də onların telefonları zənglərə cavab verməyib. İstintaq müəyyən edib ki, qızları boğublar. Ehtimallara görə, birinə təcavüz də olunub.Olqa və Rita İncəsənət Kollecinin məzunları idi. Hər ikisi 20 yaşında olub. Qırmızı diplomlu qızlar Teatr İnstitutuna daxil olmağa hazırlaşırlarmış. Faktla bağlı cinayət işi başlanıb, sosial şəbəkələrdə istintaqa kömək üçün şahidlər axtarılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31