Məhkumum alt paltarından marixuana çıxdı
17 Dekabr 2013 12:03 KriminalPenitensiar xidmətin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Nurəli oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarının içində gizlədilmiş şəffaf sellofana bükülmüş narkotik maddə - "Marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31