Kamerada plintusun altında telefon aşkar edildi
17 Dekabr 2013 12:02 KriminalPenitensiar xidmətin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Arsen Süleymanoviç Süleymanovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın giriş qapısının plintusunun altında gizlədilmiş daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.