Bakıda iki sərnişin avtobusu bir-birinə çırpıldı

Hadisə sürücülərin ehtiyatsızlığı nəticəsində baş verib

Bu gün saat 16:00 radələrində Bakının Nəsimi rayonunda iki iritutumlu sərnişin avtobusu bir-birinə çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, 61 saylı avtobusla 79 saylı avtobus Heydər Əliyev adına Respublika sarayının qarşısındakı avtobus dayanacağında baş verib. Qəza zamanı hər iki avtobus yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olamyıb. Faktı dəqiqləşdirmək üçün hər iki avtobusun mənsub olduğu "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin icraçı direktoru İbrahim Quliyevin verdiyi məlumata görə, hadisə doğrudan da baş verib. Lakin elə də ciddi qəza deyil.
"Hadisə sürücülərin ehtiyatsızlığı nəticəsində baş verib. Hər iki "Daewoo" markalı avtobusun güzgüsü sınıb. Elə də ciddi qəza deyil. Xəsarət alan da olmayıb", - deyə İbrahim Quliyev bildirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31