Bakıda avtomobil oğrusu dəhşətli qəza törətdi, ölən və yaralananlar var

Azərbaycanda avtomobiul oğurlayan şəxs dəhşətli yol qəzxası törədib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 14-ü saat 05 radələrində baş verib. Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Zərdab rayon sakini Fərid Həbibi idarə etdiyi "VAZ-2106" markalı avtomobili Samur-Abşeron kanalına aşırıb. Onun sərnişinlərindən - Ucar rayon sakini Zəhra Fətəliyeva suda boğulub, özü və digər sərnişini - Bakı şəhər sakini Məhəmməd Mehdiyev xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar zamanı qeyd edilən avtomobilin Gürcüstan vətəndaşı Namiq Hüseynova məxsus olması və həmin gün Nəsimi rayonu R.Məmmədov küçəsindən F.Həbibi tərəfindən qaçırılması, Masazır qəsəbəsinə sürüb, qəsəbə sakini Ramin Əmircanova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat pul və tütün məmulatı oğurlaması müəyyən edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Abşeron RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31