10 nəfər dəm qazından zəhərləndi

Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 15-də Sumqayıt şəhər sakinləri Gülnarə Məmmədova və qızı Nəzrin, Günel İsmayılzadə, Abşeron rayonu Aşağı Güzdək qəsəbə sakini Təranə Məhərrəmova, Gəncə şəhər sakinləri Xırda Abdullayeva, Raqil İbrahimov, Samux rayon sakinləri Nəcibə Məmmədova və azyaşlı nəvəsi Fatimə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Dekabrın 14-də isə Sumqayıt şəhər sakinləri, azyaşlılar Gülnaz Əliyeva və Abbas Lütvəliyev mənzillərində dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31