1 gündə 3 nəfər qazdan boğulub öldü
16 Dekabr 2013 16:20 KriminalAzərbaycanda 3 nəfər dəm qazından boğulub ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 15-də Sabunçu rayonunda yaşayan Gürçüstan vətəndaşı Ramiz Orucov mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölüb. Dekabrın 15-də Nərimanov rayonu yaşayan Rusiya Federasiyası vətəndaşı, azyaşlı Fatima Aliyeva mənzilində dəm qazından zəhərlənərək ölüb. Həmin gün Göyçay rayonu Alxasafa kənd sakini Aysel Ağayeva evində dəm qazından boğularaq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31