DİN əməliyyat keçirdi, narkomafiyanın üzvü ələ keçdi

Daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər. "OLAYLAR"ıln Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və alqı-satqısı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstənin fəal üzvlərindən Cəlilabad rayon sakini Rahib Niftəliyev 8 kiloqramdan çox tiryəki və 2 kiloqramdan artıq həşişi Yasamal rayonu ərazisində 50 min dollara satarkən yaxalanıb.  Faktla bağlı respublika Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31