Ev yandı: ailənin 4 üzvü xəstəxanalıq oldu
16 Dekabr 2013 15:32 KriminalDekabrın 14-ü saat 09 radələrində Abşeron rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Digah kəndi Neftçi küçəsində yaşayan Şəfiqə Hacıyevaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə 22 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanıq xəsarəti almış Ş.Hacıyeva, qızı Şəmsiyyə, nəvələri Adil və Elvin xəstəxanaya yerləşdirilib. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31