Məhkumun alt paltarında telefon aşkar edildi
16 Dekabr 2013 14:22 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Eldar oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarının içində gizlədilmiş daxilində "Cin" və "Sim" danışıq kartları olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.