Şorba qabından narkotik maddə çıxdı
16 Dekabr 2013 14:21 KriminalPenitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Qurban Cəmil oğlu Abdullayevə qohumu vətəndaş Rəsul Famil oğlu Əsədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı üzərinə "Biq Lanç" sözləri yazılmış qurudulmuş şorba qabının içərisində 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 0,654 qram olan narkotik maddə "Tiryək" və 1 (bir) ədəd sellofan bükümdə xalis çəkisi 2,94 qram olan narkotik maddə "Marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.