Bakıda zəncirvari yol qəzası olub, bir nəfər ölüb

Bakıda zəncirvari yol qəzası olub, bir nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 14-də Yeni Günəşli qəsəbəsində İbrahim Allahverdiyev idarə etdiyi "Ford-Tranzit" markalı avtomobili yol kənarında dayanmış, Məmmədəli Cəfərovun idarə etdiyi "Daewoo" markalı avtobusa və Şirvan Məmmədova məxsus "Oka" markalı avtomobilə vurub.
Nəticədə M.Cəfərov hadisə yerində ölüb. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31