Bakıda ev təmir edən şəxsi “tok” vurub öldürdü

Hadisə Binəqədidə baş verib

Ötən gün Binəqədi rayonunda bir nəfəri elektrik cərəyanı vurub öldürüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt sakini Aytən Hüseynovanın evində təmir işləri aparan Hövsan qəsəbə sakini Şəbruz Valehovu elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31