Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutuldu

Xəzər RPİ Cinayət-Aхtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Zahid Bayramov, qardaşı Ramiz və Şəhriyar Hüseynov tutulmuşlar.
Müəyyən edilmişdir ki, onlar noyabrın 20-nə keçən gecə Mərdəkan qəsəbəsində Rüstəm Əliyevə məхsus "Opel" markalı avtomaşından, şüşəni sındırma yolu ilə ərzaq malları, noyabrın 25-də Şağan qəsəbəsində Fuad Əliyevə məхsus "Mazda" markalı avtomobildən 200 manat, noyabrın 30-na keçən gecə Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində Mətanət Acalovaya məхsus "KİA" markalı avtomobildən 300 manat, bankomat kartı və sənədlər, dekabrın 3-nə keçən gecə Şüvəlan qəsəbəsi Vidadi küçəsində Rasim Hüseynova məхsus "Hyundai" markalı avtomobildən pul və sənədlər oğurlamış, noyabrın 18-nə keçən gecə isə Xaşaхuna bağ massivində Elməddin Salayevə məхsus "VAZ-2106" markalı avtomobildən, açıq qapıdan keçməklə oğurluğa cəhd etmişlər.
Bundan başqa noyabrın 18-i saat 08 radələrində Mərdəkan qəsəbəsində Böyük Britaniya vətəndaşı Purvik Maykl Leslınin idarə etdiyi "Toyota", noyabrın 22-nə keçən gecə isə Binə qəsəbəsi Bolluq yaşayış sahəsində Teymur Əzimova məхsus "BMW" markalı avtomobillərin şüşələrini sındırmışlar. OLAYLAR

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31