Masazırda iki dəhşətli partlayış, 1 ölü, 6 yaralı

Abşeron rayonunun Masazır qəsəbəsində bir gündə iki mənzildə partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 12-sində baş verib. Həmin gün saat 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Həbib Qurbanovun evində təbii qazın sızmasından partlayış baş verib. H.Qurbanovun oğlu Cavid, qayınanası Səmayə və qohumu Nüşabə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin gün gecə  saat 03 radələrində isə qəsəbənin Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində təbii qazın sızmasından partlayış baş verib. Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, Rüstəm orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31