Bakıda silahlı qarşıdurma, 3 nəfər xəsarət aldı

Bakıda silahlı qarşıdurma hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Suraxanı rayonu ərazisində baş verib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Əli Babayevə və onun qardaşları Ruzigara və Nicata bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmuş Bakı şəhər sakinləri Eynulla Mustafayev və Arif Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31