Bulvarda intihara cəhdin qarşısı alındı

 Bakıda Dənizkənarı Milli Parkda daha bir intihara cəhd hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə 13 dekabr 2013-cü il tarixində, saat 02:01-də daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 02:20-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31